XÜSUSİYYƏTLƏR
Premium səviyyəli 7 mərtəbəli TƏMƏL Park yaşayış kompleksinin modern üslublu keramika ilə üzlənmiş binası ATKİNS şirkəti tərəfindən yerli mütəxəssislərlə birlikdə xüsusi olaraq Bakı Ağ Şəhər üçün layihələndirilmişdir. Fasadın və damın üzlənməsi üçün materialın seçilməsi Baş Plana uyğun olaraq memarlıq tələbləri və texniki şərtlər ilə tənzimlənir. TƏMƏL Park yaşayış kompleksində mənzillərin hər iki tərəfə çıxışlı işlənməsi keyfiyyətli mənzillərə olan müasir tələblərə uyğundur – bunlar böyük hollar, geniş mətbəxlər, işıqlı qonaq otaqları, rahat yataq və vanna otaqlarıdır.
89 mənzilli 7 mərtəbəli yaşayış kompleksi
- - Keramika plitələr ilə üzlənmiş modern üslublu fasad
- - Kompleksin 1 Ha sahəsinin 60%-i abadlaşdırma üçün ayrılmışdır
- - Binanın yaxınlığında böyük ağacları və fontanı olan düşünülmüş park
- - Geniş uşaq meydançası
- - 107 ədəd yeraltı, 21 ədəd yerüstü avtodayanacaq
- - Velosipedlər üçün dayanacaq
- - İki mərtəbəli yeraltı parkinqdən liftə çıxış
- - Yükqaldırma qabiliyyəti 1 tona qədər olan rahat liftlər
- - Mərmər ilə üzlənmiş eni 2.7m olan geniş pilləkənlər və pilləkən meydançaları
- - Qış vaxtlarında istinin itkisini azaldan, yay aylarında isə istidən qoruyan keramika plitələri ilə üzlənmiş ventilasiya olunan fasad və daş divarlar
- - Hər iki tərəfə çıxışlı rahat planlaşdırılmış mənzillər
- - Tavanların hündürlüyü - 3,3 m
- - Geniş, eni 2.4m qədər olan pəncərələr
- - Üç günlük ehtiyyatı olan su çəni və 24 saatlıq su təchizatı
- - Mərkəzi elektrik təchizatı və generator
- - Fərdi istilik sistemi üçün qaz təchizatı
- - Rəqəmsal TV, internet və telefon sistemləri
- - Yanğın təhlükəsizliyi sistemi
- - 24 saatlıq mühafizə və müşahidə kameraları
- - Həyətə baxan eyvanlarda quraşdırılmış divar şkafları
- - Mərtəbələrdə kondisionerlərin xarici bölmələri və istilik sistemləri üçün ventilyasiya olunan xüsusi servis eyvanları
İstismar xidməti
TƏMƏL Park yaşayış kompleksinin şəksiz üstünlüyü texniki servis üzrə təqdim olunan tam xidmətlər paketinin olmasıdır:
- - 24 saatlıq mühafizə, yaşayış kompleksinin ərazisində keçid rejiminin təşkili
- - Ümumi istifadə otaqlarının (girişlər, lift otaqları, hollar və s.) lazımi şəkildə saxlanılması
- - Həyatyanı ərazinin təmizlənməsi, abadlaşdırılması və yaşıllaşdırılması, məişət tullantılarının ərazidən çıxarılması
- - Fasiləsiz elektrik və su təchizatı xidmətlərinin təmin edilməsi
- - Elektriklərin, santexniklərin və liftçilərin 24 saatlıq servisi
- - Yeraltı avtodayanacaqların lazımi avadanlıqla təchizatı və texniki xidməti
- - Kompleksin ümumi otaqlarının, ümumi istifadə yerlərinin, fasadın, abadlaşdırma obyektlərinin və ərazinin cari təmirinin aparılması